Azərbaycan Kuboku: "Araz-Naxçıvan" - "Qəbələ" matçında sülh, "Neftçi" Sumqayıt"ı məğlub etdi - YENİLƏNİR

20:58 - 31 Yanvar 2024

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsində daha iki görüşü keçirilib. 

Sportal.az xəbər verir ki, öncə "Araz-Naxçıvan" "Qəbələ" önünə çıxıb. Matç 1:1 hesablı bərabərliklə başa çatıb.

Digər görüşdə isə "Sumqayıt" doğma divarlar arasında "Neftçi"ni qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, ötən gün "Zirə" səfərdə "Səbail"ə (2:1), "Qarabağ" isə "Sabah"a 7:1 qalib gəlib.

Azərbaycan Kuboku
1/4 final

16:00. “Araz-Naxçıvan” – “Qəbələ” 1:1
Qollar:
Elviş Maşike, 45 - Samuel Tetteh, 11

Hakimlər: Rauf Allahverdiyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Səbuhi Bayramov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Dalğa Arena”

19:00. “Sumqayıt” – “Neftçi” 2:3
Qollar:
Elvin Bədəlov, 60, Kasimir Ninqa, 89 - Yeqor Boqomolski, 29, Emin Mahmudov, 44 (pen), 45+3

Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Kapital Bank Arena”

Xəbər xətti