"Dinamo"nun hücumçusu millimizin oyunlarında iştirak etməyəcək

17:49 - 7 Mart 2024

Azərbaycan milli komandası “FIFA series – Edition 2024” çərçivəsində Bolqarıstan və Monqolustan yığmaları ilə qarşılaşacaq.

Sportal.az saytına verilən məlumata görə, Zaqreb "Dinamo"sunda çıxış edən Mahir Emreli millinin toplanışında iştirak etməyəcək. 

26 yaşlı forvard zədədən sonra məşqlərə bağlayıb. Lakin tam formada olmadığı üçün o, Azərbaycan yığmasının düşərgəsinə qoşulmayacaq.

Qeyd edək ki, millimiz martın 22-si Monqolustan, martın 25-də isə Bolqarıstan yığmaları ilə qarşılaşacaq. 

Xəbər xətti