Argentinalı "Mançester Yunayted"də ilkə imza atdı

16:17 - 10 Mart 2024

"Mançester Yunayted"in hücumçusu Alexandro Qarnaço Premyer Liqanın 28-ci turunun "Everton"la(2:0) matçının ilk hissəsində iki penalti qazanıb. 

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, 19 yaşlı argentinalı bununla da "Mançester Yunayted" tarixində İngiltərə Premyer Liqasının bir oyununda iki penalti qazanan ilk futbolçu kimi tarixə keçib. 

Premyer Liqada oxşar hadisə sonuncu dəfə 2021-ci ilin dekabrında baş vermişdi.

Həmin vaxtı “Çelsi”nin futbolçusu Antonio Rüdiger “Lids”lə görüşdə iki penalti qazanmışdı.

Qeyd edək ki, Qarnaçonun "Mançester Yunayted"lə 2028-ci il iyunun 30-na qədər müqaviləsi qüvvədədir.

Xəbər xətti