Millinin forvardı 17 oyundan sonra fərqləndi

12:18 - 27 Mart 2024

"İnter" və Argentina millisinin hücumçusu Lautaro Martinez Kosta-Rika ilə yoldaşlıq oyununda (3:1) qol vuraraq 17-ci matçında ilk dəfə fərqlənib.

Sportal.az xəbər verir ki, martın 26-dan 27-nə keçən gecə ABŞ-ın Los-Anceles şəhərindəki “Los Angeles Memorial Coliseum”da Argentina və Kosta-Rika milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.

"İnter"in forvardı bu görüşdə komandasının son qolunu vuraraq hesabı 3:1-ə çatdırıb.

Argentinalı futbolçu 17 oyun öncə, 2022-ci ilin sentyabrında Hondurasla matçda qol vurmuşdu. 

Xəbər xətti