Polşa mətbuatı “LKS Lodz”un azərbaycanlı müdafiəçisi Rahil Məmmədovun Ekstraklasanın 32-ci turunun "Piast"la oyunundakı (0:4) çıxışını qiymətləndirib.
Sportal.az xəbər verir ki, “Łódzki Sport” portalı millimizin üzvünü tənqid edərək səhvlərini qabardıb:
"Rahil Məmmədovun əksər oyunlarda inamlı çıxış etməsi artıq təəccüblü deyil. Lakin “Piast”ın üçüncü qolu zamanı ciddi səhvə yol verdi. Diqqətsiz oynadı və cərimə meydançasına qaçaraq topu komanda yoldaşına ötürən Krikunun qarşısını ala bilmədi. Buraxılan dördüncü qol zamanı da “Piast”ın futbolçusu onu üstələdi".
Qeyd edək ki, Rahil Məmmədovun komandası ölkə çempionatında sonuncu pillədə qərarlaşaraq liqanı tərk edib.
saytlarin hazirlanmasi