Rəşad Sadıqov püşkü dəyərləndirdi: "Komandamıza güvənirəm"

19:24 - 18 İyun 2024

UEFA Avropa Liqasında “Şerif”lə (Moldova) qarşılaşacaq “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov püşklə bağlı fikirlərini bölüşüb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən 42 yaşlı mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:

“Şerif” Azərbaycan futboluna tanış rəqibdi. Avrokuboklarda 3 dəfə “Qarabağ”la qarşılaşıblar. Avropada yetərincə təcrübələri var. Qarşıdakı günlərdə rəqibi daha detallı şəkildə təhlil edəcəyik. Komandamıza güvənirəm. Düşünürəm ki, bizi qarşıda iki maraqlı matç gözləyir. İnşallah bu oyunlara yaxşı hazırlaşıb, mərhələni keçən tərəf biz olarıq”.

Xəbər xətti