"Liverpul" və "Arsenal" türkiyəli üçün mübarizə aparır

11:34 - 12 İyul 2024

"Liverpul", "Arsenal" və "Borussiya"(Dortmund) "Qalatasaray"ın cinah futbolçusu Barış Yılmaz üçün mübarizəyə girişib. 

Sportal.az "TEAMtalk"a istinadən xəbər verir ki, hər üç klub Türkiyə millisinin 24 yaşlı üzvünü bu yay heyətinə qatmağı planlaşdırır. 

Ötən mövsüm bütün turnirlərdə 55 matçda iştirak edib, 7 qol vurub, 12 asistlə oynayan Barışın seçimini hansı komandadan yana edəcəyi hələ ki, dəqiq deyil.

"Qalatasaray"la hazırkı müqaviləsi 2027-ci il iyunun 30-na qədər olan Yılmazın "Borussiya"da oynamaq istədiyi iddia edilir.

 

Xəbər xətti