Abdulla Rzayev yeni mövsümü "Sabah"da keçirəcək. Baş məşqçi Krunoslav Renduliç belə qərar verib.
Xorvatiyalı mütəxəssis cinah müdafiəçisinin Slovakiya toplanışındakı performansından razı qalıb. 22 yaşlı arxa xətt oyunçusu ötən mövsümü "Araz Naxçıvan"da icarədə olub.
Yaxşı mövsüm keçirən Abdullanın xidmətində bir neçə Premyer Liqa təmsilçisi maraqlı idi.
Amma Renduliç gənclər millimizin üzvünü təlim-məşq toplanışına aparmağa qərar vermişdi. O, ümidləri doğrultmayacağı təqdirdə yenidən icarəyə göndəriləcəkdi (sportinfo.az).
saytlarin hazirlanmasi