Argentina millisinin hücumçusu komandasını dəyişməyəcək

19:43 - 21 İyul 2024

Argentina millisinin forvardı Lautaro Martinez "İnter"də qalacaq.

Sportal.az xəbər bu barədə, İtaliya klubunun prezidenti Cüzeppe Marotta məlumat verib.

Onun dediyinə görə, klub hücumçu ilə müqaviləni artırmaq üçün razılaşıb: "Lautaro Martinez yeni müqavilə imzaladı, hər şey hazırdır. Bunu yaxın həftələrdə rəsmi şəkildə elan edəcəyik".

Argentinalının milanlılarla müqaviləsi 2029-cu ilin yayında başa çatacaq. Futbolçu mövsümdə 9 milyon avro qazanacaq, əlavə olaraq bonuslar da alacaq.

26 yaşlı forvard "İnter"dən əvvəl Argentinanın "Rasinq" komandasında oynayıb.

Xəbər xətti