Luis Enrike: "Arteta ilə görüşümüzü səbirsizliklə gözləyirəm"

20:46 - 1 Oktyabr 2024

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda "Arsenal"la oyundan gözləntilərini bölüşüb. 

Sportal.az xəbər verir ki, UEFA-ya danışan ispaniyalı mütəxəssis həmyerlisi ilə dueli səbirsizliklə gözləyir:

"Mən artıq Mikel Arteta ilə birlikdə işləmişəm. Bir mövsüm "Barselona"da da oynamışıq. Onunla bağlı gözəl xatirələrim var. Arteta ilə oyunumuzu görüşümüzü səbirsizliklə gözləyirəm. Onunla danışmaq istəyirəm, üz-üzə gəlmək maraqlı olacaq".

Qeyd edək ki, “Arsenal” - PSJ görüşü bu gün keçiriləcək və oyuna 23:00-da start veriləcək.
 

Xəbər xətti