Türkiyə birinci liqasında XI tura start verilib.
Sportal.az xəbər verir ki, turun açılış oyununda millimizin üzvü Vüsal İsgəndərlinin formasını geydiyi “Boluspor” öz meydanında “Ümraniyespor”u qəbul edib. Matç Bolu klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İsgəndərli bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın protokoluna daxil edilməyib.
Ardıcıl üçüncü qələbəsini qazanan “Boluspor” xallarının sayını 18-ə çatdırmaqla turnir cədvəlində dördüncü pilləyə yüksəlib.
saytlarin hazirlanmasi