Meksikanın "Leon" klubunun yarımmüdafiəçisi Andres Quardado gələcəyi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, 38 yaşlı futbolçu peşəkar karyerasını başa vurub. Bu barədə yerli mətbuat məlumat yayıb.
Qeyd edək ki, Andres Quardado karyerası ərzində "Atlas", "Deportivo", "Valensiya", "Bayer", PSV və "Betis"də çıxış edib. Təcrübəli yarımmüdafiəçi Meksika millisinin heyətində ən çox oyun keçirən futbolçudur. O, yığmada meydana çıxdığı 182 rəsmi matçda 28 qol vurub.
saytlarin hazirlanmasi