Bu ilin yayında "Qalatasaray"dan ayrılan Patrik van Aanholt özünə klub tapıb.
Sportal.az xəbər verir ki, niderlandlı müdafiəçi karyerasını ölkəsində davam etdirəcək.
34 yaşlı futbolçu "Sparta"ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Niderland millisinin sabiq üzvü Rotterdam təmsilçisi ilə 1+1 illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi