İngiltərənin "Çelsi" klubu heyətini yeni qapıçı ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, London klubu "Liverpul"da çıxış edən Kuivin Kelleheri transfer etmək istəyir. Bu barədə "Mirror" nəşri məlumat yayıb.
"Çelsi" 25 yaşlı qolkiper üçün onun klubuna 40 milyon avro ödəməyə hazırdır. "Mavilər" qarşıdakı günlərdə rəsmi təmaslara başlayacaq.
Qeyd edək ki, "Liverpul" Kuivin Kelleheri 2015-ci ilin yayında ölkəsinin "Rinqmahon" klubunun akademiyasından transfer edib. İrlandiya millisinin üzvü bu mövsüm Mersisayd təmsilçisinin heyətində 8 rəsmi matçda meydana çıxıb və qapısında 5 qol görüb. O, 4 görüşdə "çərçivə"ni toxunulmaz saxlamağı bacarıb.
saytlarin hazirlanmasi