"Bayer"in futbolçusu Patrik Şik İtaliyaya qayıda bilər.
Sportal.az xəbər verir ki, "Yuventus" çexiyalı hücumçunu transfer etmək istəyir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Turin klubu yanvar ayında 28 yaşlı forvard üçün "Bayer"ə rəsmi təklif göndərəcək. Almaniya klubu futbolçusunu 20 milyon avroya satmağa hazırdır.
Qeyd edək ki, "Bayer" Patrik Şiki 2020-ci ilin sentyabr ayında "Roma"dan transfer edib. Çexiya millisinin üzvü bu mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi