İspaniya millisinin üzvü Premyer Liqa klubunu tərk edəcək

14:47 - 24 Noyabr 2024

İspaniyalı müdafiəçi Serxio Reqillon "Tottenhem"i tərk etmək niyyətindədir. 

Sportal.az “The Mirror”a istinadən xəbər verir ki, ispaniyalının klubla müqaviləsi cari mövsümün sonuna qədərdir. Lakin futbolçu qışda başqa komandaya keçmək istəyir. O, mövzu ilə bağlı danışıb: 

“Bilirəm ki, “Tottenhem”də oynamağa davam edə bilərəm. Amma futbolda oyunçunun idarə edə bilməyəcəyi çox şey var. Mən sadəcə stadionda oturub oyuna baxmaq istəmirəm. 27 yaşım var, karyeramın sonuna çox az vaxt qalıb”.

Reqillon “Real”(Madrid), “Loqrones”, “Sevilya”, “Atletiko”(Madrid), “Mançester Yunayted”, “Brentford” klublarında oynayıb.

Xəbər xətti