Premyer Liqa klubu baş məşqçini istefaya göndərdi

14:40 - 25 Noyabr 2024

İngiltərə Premyer Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Lester Siti" Stiv Kuperlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Uelsli mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Stiv Kuper mövsümün əvvəlində "Lester Siti"nin baş məşqçisi təyin olunmuşdu. Komanda 44 yaşlı məşqçinin rəhbərliyi altında Premyer Liqada 12 turdan sonra 10 xal toplayıb və turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Xəbər xətti