Salah "Liverpul"dan ayrılmağa yaxındır: "Klubdan yeni müqavilə ilə bağlı təklif gəlməyib"

15:18 - 25 Noyabr 2024

Mövsümün sonunda "Liverpul"la müqaviləsi başa çatan Məhəmməd Salah klubdan ayrıla bilər.

Sportal.az xəbər verir ki, misirli ulduz Premyer Liqanın 12-ci turunun "Sauthempton"la matçından sonra bu barədə özü açıqlama verib. Dubl edərək komandasına vacib qələbə qazandıran 32 yaşlı vinger klubdan yeni sözləşmə ilə bağlı təklif almadığını bildirib:

"Demək olar ki, dekabr ayındayıq. Amma mənə hələ klubdan yeni müqavilə ilə bağlı təklif gəlməyib. Buna görə də ayrılmağa daha çox yaxınam. Uzun illərdir buradayam. Nələr olacağını görəcəyik. Amma mənim əlimdə olan bir şey deyil".

Qeyd edək ki, "Liverpul" Məhəmməd Salahı 2017-ci ilin yayında "Roma"dan transfer edib. Təcrübəli futbolçu bu müddət ərzində Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 367 rəsmi matçda 223 qol və 99 məhsuldar ötərmə ilə yada qalıb.

Xəbər xətti