Belarus çempionatında 2024-cü il mövsümünün qalibi bəlli olub.
Sportal.az xəbər verir ki, "Dinamo"(Minsk) tarixində 9-cu dəfə ölkədə ən güclü adını qazanıb.
Vadim Skripçenkonun rəhbərlik etdiyi paytaxt təmsilçisi uğuru sona 2 tur qalmış əldə edib.
29-cu tur çərçivəsində BATE-ni qəbul edən Minsk təmsilçisi 1:0 hesablı qələbə ilə ardıcıl ikinci mövsüm çempionluğa qovuşublar.
Qeyd edək ki, UEFA "Dinamo"nun ev oyunlarını Belarusda keçirməyə icazə vermir. Onlar isə Konfrans Liqasında ev matçlarını Sumqayıtda keçirir.
saytlarin hazirlanmasi