"Mançester Siti" Çempionlar Liqasında antirekorda imza atdı

12:47 - 27 Noyabr 2024

"Mançester Siti" Çempionlar Liqasında antirekorda imza atıb.

Sportal.az “Opta Sport”a istinadən xəbər verir ki, matçın gedişində “Feyenoord”a üç top fərqi ilə qalib gələn “şəhərlilər” sonda görüşün 3:3 başa çatmasına mane ola bilməyib. 

İndiyə qədər Çempionlar Liqası tarixində 3 top fərqi ilə geridə ola-ola sonda qələbəni əldən verən komandalar olub. Lakin sona 15 dəqiqə qalmış 3:0 öndə olub, sonda qələbəsiz qalan komanda olmamışdı. Məhz bu antirekorda "Mançester Siti" imza atıb. 

Qeyd edək ki, Çempionlar Liqasının ümumi mərhələsinin 5 turundan sonra “Mançester Siti” cəmi 8 xal toplayıb və 15-ci pillədədir. “Feyenoord” isə 7 xala malikdir. 
 

Xəbər xətti