"Mançester Yunayted"in məşqçilər korpusu mövsümün əvvəlində heyətə qatılan Coşua Zirkzenin perfermansından razı deyil.
Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi niderlandlı hücumçunu qışda satmağa çalışacaq. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.
Zirkze yenidən İtaliyaya qayıda bilər. "Yuventus" 23 yaşlı forvardın xidmətində maraqlıdır. Turin təmsilçisi yanvar ayında futbolçu üçün İngiltərə klubuna təklif göndərəcək.
Qeyd edək ki, "Mançester Yunayted" Coşua Zirkzeni "Bolonya"dan 42 milyon avroya transfer edib. Niderland millisinin üzvü "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 18 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onunla 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
saytlarin hazirlanmasi