ABŞ-nin "İnter Mayami" klubu ilin sonunda müqaviləsi başa çatan Luis Suareslə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, MLS təmsilçisi uruqvaylı hücumçunun sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
37 yaşlı forvardla 2025-ci ilin sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Luis Suares bu ilin yanvar ayından "İnter Mayami" də çıxış edir. Ulduz futbolçu komandanın heyətində keçirdiyi 37 rəsmi matçda 27 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi