"Turan Tovuz" Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununda öz meydanında "Sabah"ı qəbul edir.
Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi bu matçda ciddi itki ilə üzləşib. Tovuzluların müdafiəçisi Denis Marandiçi rəqib hücumçu Pavol Şafranko ilə mübarizədə ayağından ağır zədə alıb.
Moldovalı futbolçu Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya aparılıb.
saytlarin hazirlanmasi