"Neftçi" Misli Premyer Liqasının 16-cı turunda qarşılaşacağı “Sumqayıt”la matçın hazırlığını başa vurub.
Sportal.az xəbər verir ki, "ağ-qaralar" bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb. Zədəli Emin Mahmudov məşqdə iştirak etməyib, Azər Salahlı isə fərdi çalışıb.
Emin və Azərlə yanaşı, cəzalılar – Yuri Matias və Edvin Kuç da “Sumqayıt”la matçı buraxacaqlar.
Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" qarşılaşması sabah saat 18:00-da start götürəcək.
saytlarin hazirlanmasi