"Yuventus" Almaniya millisinin hücumçusunu heyətinə qatmaq istəyir.
Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, “Vest Hem”in hücumçusu Niklas Fülkruq Turin təmsilçisinin maraq dairəsindədir.
İtaliya klubu alman futbolçunu icarəyə götürməyi planlaşdırır.
O, bu yay “Borussiya”dan(Dortmund) “Vest Hem"ə keçib. 31 yaşlı hücumçunun İngiltərə klubu ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
Niklas karyerası ərzində “Verder”, “Qroyter”, “Nürnberq”, “Hannover” komandalarında çıxış edib.