"Ferentsvaroş" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Macarıstan təmsilçisi "Verder"dən Nabi Keytanı icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qvineyalı yarımmüdafiəçi 2025-ci ilin sonuna kimi "Ferentsvaroş"da çıxış edəcək.
Qeyd edək ki, Nabi Keyta ötən ilin yayında "Liverpul"la müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə "Verder"ə keçmişdi. 29 yaşlı futbolçu bu mövsüm Bundesliqa təmsilçisinin heyətində rəsmi matçlarda meydana çıxmayıb.
saytlarin hazirlanmasi