İngiltərənin "Liverpul" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Bolonya"da çıxış edən Sem Byokemanı transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Liverpul" mövsümün sonunda niderlandlı mərkəz müdafiəçisi üçün İtaliya klubuna təklif göndərəcək. 26 yaşlı futbolçu ilə Avropada başqa klublar da yaxından maraqlanır.
Qeyd edək ki, "Bolonya" Sem Byokemanı ötən ilin yayında "AZ Alkmar"dan heyətinə cəlb edib. Təcrübəli oyunçu bu mövsüm A Seriyası təmsilçisinin forması ilə meydana çıxdığı 19 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi