İngiltərənin "Arsenal" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, London təmsilçisi "Brayton"da çıxış edən Joao Pedronu transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Arsenal" braziliyalı forvard üçün onun klubuna 60 milyon funt-sterlinq ödəməyə hazırdır.
Qeyd edək ki, "Brayton" Joao Pedronu ötən ilin yayında "Uotford"dan transfer edib. Braziliya millisinin üzvü olan 23 yaşlı hücumçu bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi