"Sumqayıt Ultras" azarkeş qrupu növbəti dəfə bəyanat yayıb.
Sportal.az xəbər verir ki, "Neftçi" ilə matçda "ağ-qaralar"ın baş məşqçisi Samir Abasovun ünvanına təhqirlər səsləndirən qrup məsələyə aydınlıq gətirib. Onlar bu şüarları öz istəkləri ilə səslənsirdiklərini bildirib:
"Klub tərəfindən Samir Abasova qarşı hər hansı təklif və ya fikir bildirilməyi barədə bizə heç bir söz deyilməyib. Anlamayanlar üçün bir daha vurğulayırıq ki, "Ultras Sumqayıt" azad azarkeş qrupudur və nə kiminsə göstərişi, nə də tapşırığı əsasında fəaliyyət göstərir".
Qeyd edək ki, "Sumqayıt Ultras" azarkeş qrupu səslənsirdikləri şüarlara görə Samir Abasovdan üzr istəmişdi.
saytlarin hazirlanmasi