"Araz-Naxçıvan" Misli Premyer Liqasının 17-ci turunda öz meydanında "Sabah"a 0:1 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Maraqlı oyunun şahidi olduq. Oyunun tempi, dinamikası yaxşı idi. Hər iki komanda ən yaxşısını etməyə çalışırdı. Oyunumuzdan məmnunam. Komanda istədiyim futbolu verməyə çalışırdı. Futbolda bəzən belə də olur. Üstün oynayırsan, amma uduzursan. Yolumuza davam edirik. Bu matçı unudacağıq.
- Epizodları dəyərləndirə bilmədiz, iki penalti epizodu da var idi. Sizcə, nəticəyə şanssızlıq, yoxsa hakim təsir etdi?
- Hakimin üzərinə yüklənməyək. Mən birinci hissədəki epizodu penalti gördüm. Mənə görə penaltidir. Amma hakim dedi ki, yüngül müdaxilədir. Bir az fərqlidir. Düşünürəm ki, Hakimlər Komitəsi ilə görüş olanda, yüngül və sərt toxunuşları bizə başa salacaqlar. İkili mübarizəli oyunun şahidi olduq. Hər iki komanda meydançada mübarizə aparırdı. Oyun da göstərirdi ki, qol vuran komanda qalib gələcək. Şanssızlıq deməzdim. Futbolda bu qaçılmazdır. Heç kəs epizodlardan sığortalanmayıb. Düşünürəm ki, daha artığını etməliyik ki, bu epizodları dəyərləndirək.
- "Qarabağ" oyun ərəfəsində uduzmağınız komandanın əhval-ruhiyyəsinə necə təsir edəcək?
- Bu sualı birinci turdan sonra da vermişdilər. Deyirdilər ki, "Qarabağ"a 1-4 uduzduz, komanda həmin təsirin altından necə çıxacaq. Çempionat uzundur, oyunlar fərqlidir. Bir matçda uduzmusan. Nəyə görə ruh düşkünlüyü yaranmalıdır? Komandamız, oyunçularımız möhkəmdir. Məğlubiyyətlər olacaq. Futbolçularıma inanıram. İnanıram ki, onlar ən yaxşısını edəcəklər.
Mirbağırağa
saytlarin hazirlanmasi