"Turan Tovuz"dan böyük üstünlük

16:53 - 23 Dekabr 2024

Misli Premyer Liqasının 2024/25 mövsümünün ilk yarısında 90 oyun keçirilib.

Sportal.az xəbər verir ki, bu matçlarda 144 min 355 tamaşaçı qeydə alınıb. Orta göstərici 1604-ə bərabər olub.

İlk 18 turun rekordu X turun “Neftçi” – “Qarabağ” matçında gerçəkləşib. “Neftçi Arena”ya 7069 seyrçi toplaşıb. Antirekord isə XI turun “Araz-Naxçıvan” – “Zirə” görüşünə məxsusdur – 80 tamaşaçı.

Klubların ev oyunlarındakı orta göstəricidə “Turan Tovuz” böyük üstünlüyə malikdir. “Neftçi” ikinci, “Sumqayıt” üçüncüdür. Bu üç komanda ümumi orta göstəricidən yüksək nəticəyə sahibdir.

yer komanda oyun tamaşaçı Orta
1 Turan Tovuz 9 39700 4411
2 Neftçi 9 21931 2437
3 Sumqayıt 9 21450 2383
4 Qarabağ 9 13820 1536
5 Sabah 9 12904 1434
6 Şamaxı 9 9800 1089
7 Kəpəz 9 9650 1072
8 Səbail 9 6500 722
9 Zirə 9 6400 711
10 Araz-Naxçıvan 9 2200 244
   Cəmi 90 144355 1604

Xəbər xətti