"Əl-Hilal"ın futbolçusu Joao Kanselo komandadan ayrılmağa yaxındır.
Sportal.az xəbər verir ki, portuqaliyalı sağ cinah müdafiəçisi Səudiyyə Ərəbistanında özünü xoşbəxt hiss etmir. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.
Kanselo yenidən İspaniyaya qayıtmaq istəyir. 30 yaşlı müdafiəçi sabiq klubu "Barselona"da çıxış etmək arzusundadır.
Təcrübəli futbolçu Kataloniya təmsilçisi ilə danışıqlara başlayıb. O, az maaşla "Barselona"da oynamağa hazır olduğunu klub rəhbərliyinə bildirib.
Qeyd edək ki, Joao Kanselo mövsümün əvvəlində 25 milyon avro qarşılığında "Mançester Siti"dən "Əl-Hilal"a transfer olunub. Portuqaliya millisinin üzvü 2023/2024 mövsümünü icarə əsasında "Barselona"da keçirib.
saytlarin hazirlanmasi