"Mançester Yunayted" türk qapıçı ilə bağlı qərar verdi

14:40 - 24 Dekabr 2024

"Mançester Yunayted" qapıçı Altay Bayındırla bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi tük qolkiperlə yollarını ayırmağa hazırlaşır. Bu barədə "The Sun" nəşri məlumat yayıb.

26 yaşlı "əlcək sahibi"nin performansı məşqçilər korpusunu qane etmir. "Qırmızı şeytanlar" yanvar ayında Altay üçün gələn təklifləri dəyərləndirəcək.

Klub Andre Onananı əvəz edəcək ikinci qapıçı axtarışlarını davam etdirir.

Qeyd edək ki, "Mançester Yunayted" Altay Bayındırı ötən ilin yayında "Fənərbaxça"dan transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm İngiltərə klubunun heyətində 3 rəsmi matçda meydana çıxıb və qapısında 6 qol vurub.

Xəbər xətti