"Qalatasaray" Argentina millisinin üzvü Pauolo Dibala ilə güclənmək niyyətindədir.
Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Roma"nın üzvü ilə yanaşı PSJ-dən Milan Şikrnyarı transfer etməyi planlaşdırır.
Dibalaya görə "Qalatasaray"ın baş məşqçisi Okan Buruk klub rəsmiləri ilə birlikdə İtaliyaya yollanıb.
Paulonun "Roma" ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
O, buna qədər "İnstituto", "Palermo", "Yuventus" klublarında oynayıb.
saytlarin hazirlanmasi