"Liverpul"un kapitanından gələcəyi ilə bağlı açıqlama

17:51 - 26 Dekabr 2024

Mövsümün sonunda "Liverpul"la müqaviləsi başa çatan Vircil van Deyk gələcəyi haqda danışıb.

Sportal.az xəbər verir ki, kapitan klubu və azarkeşləri çox sevidiyini bildirib. 33 yaşlı mərkəz müdafiəçisi gələcəyi ilə bağlı konkret açıqlama verməyib:

"Klubu və azarkeşləri sevirəm. Bilirəm ki, onlar da məni sevir. 304 il ən üst səviyyədə oynaya biləcəyimi düşünürəm. Gələcəkdə nələrin olacağını görəcəyik".

Qeyd edək ki, "Liverpul" Vircil van Deyki 2018-ci ilin yanvar ayında "Sauthempton"dan transfer edib. Niderland millisinin üzvü bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti