“Şamaxı” qış fasiləsində ilk transferini reallaşdırıb.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi mərkəz müdafiəçisi Cəlal Hüseynovu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bolqarıstanın “Arda” klubuna məxsus olan Hüseynov mövsümün sonuna qədər icarə əsasında "Şamaxı"da çıxış edəcək.
Xatırladaq ki, Cəlal Hüseynov 2022/23-cü illər mövsümündə də bölgə klubunun forması ilə 34 oyuna çıxıb.