Səudiyyə Ərəbistanının "Əl-Nəsr" və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo hesab edir ki, "Real" hazırkı Çempionlar Liqasında aşkar favoritdir.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, portuqaliyalı forvard sabiq komandasının durumunu belə izah edib:
"Çempionlar Liqasındakı favoritlərdən danışırqsa, "Real"ı unutmaq olmaz. Mən onlara üstünlük verərdim. Çünki onlar həmişə öz problemlərinin öhdəsindən gəlirlər və daha da güclənirlər".
"Real" Çempionlar Liqasının liqa yolunun altı turunun nəticələrinə əsasən, 9 xalla turnir cədvəlinin 20-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi