"Vulverhempton"un hücumçusu Mateus Kunya karyerasını Fransada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, PSJ braziliyalı forvardı transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Paris klubu "Mançester Yunayted" və "Arsenal"ın hədəfində olan 25 yaşlı futbolçu üçün 80 milyon avro ödəməyə hazırdır. PSJ yaxın zamanda İngiltərə klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, "Vulverhempton" Mateus Kunyanı ötən ilin yanvar ayında "Atletiko"dan transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi