“Sumqayıt”ın kapitanı Elvin Bədəlov Sportal.az saytına açıqlama verib.
O, “Qarabağ”a keçə biləcəyi haqda yayılan xəbərlərə münasibət bildirib. Bədəlov Ağdam təmsilçisindən rəsmi təklif almadığını söyləyib:
"Həmişəki kimi “transfer pəncərəsi” zamanı bəzi məlumatlar yayılır. Amam bu o demək deyil ki, hamısı doğrudur. "Qarabağ"la adımın hallandığını bilirəm. Açığı, mənim üçün də xoşdur. Lakin “Qarabağ”dan rəsmi təklif almamışam".
29 yaşlı futbolçunun “Sumqayıt”la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. O, 2019-cu ildən bu komandada oynayır. “Zenit”in yetirməsi olan Bədəlov karyerası ərzində “Neftçi”, “Qarabağ Vyana”, “Sabah” komandalarında çıxış edib.
saytlarin hazirlanmasi