İngiltərə Premyer Liqasında 2024-cü ilin dekabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, "Nyukasl"ın hücumçusu Aleksandr İsak ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
25 yaşlı isveçli forvard dekabr ayında İngiltərə çempionatında keçirdiyi 6 matçda 8 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Ayın ən yaxşı məşqçisi isə "Nottingem Forest"i çalışdıran Nunu Eşpiritu Santu seçilib. Portuqaliyalı mütəxəssisin komandası Premyer Liqada 6 oyunda 5 qələbə qazanıb.
saytlarin hazirlanmasi