Mahir Emreli "Nürnberq"ə kömək edə bilməyəcək

14:48 - 20 Yanvar 2025

"Nürnberq"in azərbaycanlı hücumçusu Mahir Emreli Almaniya ikinci Bundesliqasının 19-cu turunun “Şalke” ilə qarşıdakı oyununda komandasına kömək edə bilməyəcək.

Sportal.az xəbər verir ki, Emreli "Karlsrue" ilə görüşdə (2:1) mövsümdəki 5-ci sarı vərəqəsini alıb.

Bu isə Emrelinin cəzalı duruma düşməsi deməkdir.

Belədə, o, qarşıdakı çempionat oyununda oynamayacaq.

Xəbər xətti