"Ümid edirəm ki, uzun illər "Real"da qala biləcəm"

16:47 - 1 Fevral 2025

“Real”ın hücumçusu Vinisius Junior Madrid klubunda daha çox mövsüm keçirəcəyinə ümid etdiyini bildirib.

Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan braziliyalı Madrid klubundakı hədəflərindən bəhs edib:

"Mənim üçün 100 qol hədəfinə çatmaq və “Real”ın tarixinə düşmək vacibdir. Buradakı yeddi mövsümdən sonra mən və ailəmin burada tarix yazmağa davam etməsi özüm üçün vacibdir. Daha uzun illər komandada qala biləcəyimə ümid edirəm. Bunu təsvir edə bilmərəm. Ronaldo mənə həmişə güvənib, məsləhətlərini verib. Kriştiano da həmçinin. Çünki onu da görmüşəm. Florentino Peres də mənə etimad göstərib. Hər zaman ona borclu olduğumu hiss edirəm. Mənə deyirdi ki, daim “Real”da oynayacaqsan. Bu inanılmazdır, çünki uzaqda olanda dünyanın ən yaxşı klubuna düşəcəyini düşünmürsən”.

Vinisius “kral klubu”nun heyətində 291 oyun keçirib və 101 qol vurub.

Xəbər xətti