Azərbaycan millisi Polşanı qəbul edir

09:58 - 9 Fevral 2025

Bu gün qadın basketbolçulardan ibarət Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsinin C qrupunda son oyununu keçirəcək.

Sportal.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi kollektiv Polşa millisini qəbul edəcək.

17:00 Azərbaycan - Polşa 

Bundan əvvəlki matçlarda milli Litvaya (47:108, 62:99), Polşaya (51:105) və Belçikaya (28:136, 24:97) uduzmuşdu.

Komanda sıralaması: Belçika, Litva – hərəyə 9 xal, Polşa – 7, Azərbaycan – 5
 

Xəbər xətti