"Qalatasaray"ın hücumçusu zədələndi

11:14 - 15 Fevral 2025

Türkiyənin "Qalatasaray" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Alvaro Morata sıradan çıxıb.

İspan forvard Avropa Liqası pley-off mərhələsinin "AZ Alkmar"la ilk matçında (1:4) ayaq əzələsindən zədə alıb. 32 yaşlı futbolçu Super Liqanın 24-cü turunun "Rizespor"la matçında iştirak etməyəcək.

Qarşılaşma 17 fevral tarixində Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, "Qalatasaray" Alvaro Moratanı qış transfer pəncərəsi zamanı "Milan"dan icarəyə götürüb. İspaniya millisinin üzvü "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 4 rəsmi matçda 2 qol vurub.

Xəbər xətti