"Liverpul"un 2 futbolçusu "Aston Villa"ya qarşı oynamayacaq

19:50 - 18 Fevral 2025

"Liverpul" İngiltərə Premyer Liqasının 26-cı turu çərçivəsində səfərdə "Aston Villa"nın qonağı olacaq.

Sportal.az xəbər verir ki, Mersisayd təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq.

Müdafiəçi Co Qomeslə vinger Kodi Qakpo vacib matçda komandaya kömək edə bilməyəcək. Bu barədə baş məşqçi Arne Slot yerli mətbuata məlumat verib.

Qeyd edək ki, "Aston Villa" - "Liverpul" qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.

Xəbər xətti