Azərbaycan kuboku: "Qarabağ" "Səbail"ə qalib gəlir - YENİLƏNİR

16:44 - 27 Fevral 2025

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.

Sportal.az xəbər verir ki, birinci oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk matçı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. “Qarabağ” “Səbail”i qəbul edəcək. "Sabah" isə "Sumqayıt"ın qonağı olacaq. 

27 fevral

16:00 "Qarabağ" – "Səbail" 2:1 (Birinci hissə)
Qollar:
Musa Qurbanlı, 13, Emin Rüstəmov, 43 (avtoqol) - Rüfət Abdullazadə, 15
İlk oyun 1:0

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev
Tofiq Bəhramov adına Respublika stadionu

19:30 "Sumqayıt" – "Sabah"
İlk oyun 0:0

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Xəbər xətti