Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, birinci oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. “Qarabağ” “Səbail”i məğlub edərək yarımfinala adını yazdırıb.
İkinci oyunda isə "Sumqayıt"la "Sabah" üz-üzə gəlib. 4:0 hesabı ilə qalib gələn qonaqlar yarımfinala yüksəlib.
27 fevral
16:00 "Qarabağ" – "Səbail" 3:1
Qollar: Musa Qurbanlı, 13, Emin Rüstəmov, 43 (avtoqol), Nəriman Axundzadə, 55 - Rüfət Abdullazadə, 15
İlk oyun 1:0
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev
Tofiq Bəhramov adına Respublika stadionu
19:30 "Sumqayıt" – "Sabah" 0:4
Qol: Anatoli Nuriyev, 55, Xəyal Əliyev, 71, Amin Seydiyev, Coy Lens Mikels, 82, 90+4
İlk oyun 0:0
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu