PFL-dən açıqlama: Vəziyyət nəzarət altındadır

11:03 - 27 Fevral 2025

Bildiyiniz kimi, bu gün Azərbaycan Kubokunda,1-ci Liqa, 2-ci Liqa və Əvəzedicilər liqasında oyunların keçirilməsi nəzərdə tutulub. Ölkə ərazisində bir neçə gündür davam edən qeyri-sabit hava şəraiti müəyyən problemlərin yaşanmasına yol açıb.

Sportal.az xəbər verir ki, PFL bununla bağlı açıqlama yayıb:

"Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən bütün yarışlarda ümumi vəziyyət nəzarət altındadır. Oyunların keçiriləcəyi stadionlar qardan təmizlənir, klublar qırmızı toplarla təmin olunur. Oyunlarla bağlı hər hansı bir təxirəsalma olarsa, bu barədə Peşəkar Futbol Liqası tərəfindən rəsmi açıqlama veriləcək".

Xəbər xətti