Azərbaycan çempionatında bu günə planlaşdırılan bir oyun keçirilməyəcək.
Sportal.az xəbər verir ki, 1-ci Liqanın 16-cı turunun "Mingəçevir" - "Difai" oyunu hava şəraiti ilə əlaqədar təxirə salınıb.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda keçirilməli olan qarşılaşma saat 14:00-a planlaşdırılmışdı.
Matçın yeni vaxtı hələ dəqiqləşməyib.
Qeyd edək ki, turun bu gün keçiriləcək digər matçında “Baku Sportinq”lə “Cəbrayıl” üz-üzə gələcək.
saytlarin hazirlanmasi