Almaniyanın "Nürnberq" klubunun baş məşqçisi Miroslav Kloze Cənubi Koreyanın “Seul” klubuna keçmək niyyətində olan komandanın azərbaycanlı hücumçusu Mahir Emreli üçün yenə də şans tanımaq istəyir.
Sportal.az xəbər verir ki, “Bild” nəşrinə danışan Kloze Emreliyə qapılarını bağlamadığını deyib:
“Mən onunla danışmışam və məşqlə bağlı ona qarşı heç bir narazılıq edə bilmərəm. Ona bildirmişəm ki, o da hamı kimi özünü hər zaman sübut edə bilər. Ancaq bunu onun tərəfindən görməli və hiss etməliyəm”.
saytlarin hazirlanmasi